“Rəqib qələbəyə layiq idi” – Renduliç

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, komandasının 0:1 hesabı ilə məğlub olduğu oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Belə oyundan sonra nəticədən danışmaq çətindir. Öz futbolçularınmı təbrik edirəm. Nəticə yox, onların göstərdiyi mübarizədən razı qaldım. Oyunun əvvəlində nəzarət bizim tərəfimizdə idi. “Zirə”nin çox yaxşı komanda olduğunu bilirdik. Standart vəziyyətdə kiçik səhv etdik və qolla nəticələndi. Bu, futboldur. Belə hallar baş verə bilər. Sona qədər təslim olmadıq. Rəqibi də təbrik edirəm. Qələbəyə layiq idilər.

Hələ heç nə həll olunmayıb. Qarşıda 8 tur var. Hər həftə hər şey dəyişə bilər. 5-6 komanda bir-birinə yaxındır. Bir qələbə ilə daha irəli gedə bilərik. Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də.

Bir oyun heç nəyi həll etmir. Bura gələndə inanırdım ki, bizim oyunçuların mövsümü 2-ci yerdə bitirmək üçün keyfiyyəti var. Burada olduğum müddətdə keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi. Əvvəlki matçların ikinci hissəsində oyundan düşmüşdük. Bu gün isə 90 dəqiqə oynadıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button