Rəml atıram, fala baxıram…

Kürşad

Təxminən bir ay sonra, gələn ayın 21-də Azərbaycan Premyer Liqasında son turun oyunları keçiriləcək və çempionatda mövsüm başa çatacaq.

Azərbaycanın başından böyük səhv edib könlünü futbola verən kəsimi isə yeni mövsümdə Premyer Liqaya birinci diviziondan hansı komandaların gələcəyini təxmin etmək üçün yerli falçılara, Türkiyədə oturub, “çerez” internet bizim ölkəmizin insanlarının həyatlarını “görən”, qəhvə ilə fala baxan ablalara üz tuturlar.

Kim, axı kim gələcək Premyer Liqaya?

Rəml atıram, fala baxıram…

“Kəpəz”? “Turan Tovuz”? “Zaqatala”? Bəlkə, heç biri? Bəlkə, “Kəpəz”lə “Turan Tovuz”? Bəlkə, “Turan Tovuz”la “Zaqatala”? Ya da bəlkə, birinci divizionda böyük fərqlə lider mövqeyində qərarlaşan “Qaradağ Lökbatan”?

Bəs Premyer Liqanı hansısa komanda tərk edəcək? Normal futbol şərtləri, qaydalar qışqırır, yaxasını cırır ki, tərk etməlidir. Turnir cədvəlinin hazırkı durumuna görə isə “Sumqayıt”la “Səbail” elitanı tərk etməyə ən yaxın namizəddir. Amma kimdir onları buraxan… Azərbaycan Premyer Liqası kosmosdakı qara dəlik kimidir, bir dəfə girən, bir daha çıxmır.

Bizim idman mediasındakı yoldaşlar, qardaşlar, bacılar da rəml atıb, fala baxıb, Premyer Liqaya gələcək komandaları tapmaq əvəzinə, “Səbail”i öyməklə məşğuldurlar. Nə imiş, “Səbail” son turda “Qəbələ”ni böyük hesabla məğlub edibmiş. Pah atonnan! Nə böyük iş olub! “Səbail” var? “Səbail” ölüb e, “leş”ini hər dəfə sürüyüb meydana atırlar ki, adə, oyna.

Rəml atıram, fala baxıram…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button