İran millisinin üzvündən çarşab üsyanı

İranın kamandan oxatma üzrə milli komandasının üzvü Parmida Qasemi idman rəsmilərinin önündə çarşabını çıxarıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qasemi bunu İranın paytaxtı Tehrandakı Fars Körfəzi kubokunun mükafatlandırma mərasimində edib.

Bundan əvvəl alpinist Elnaz Rekabi Cənubi Koreyanın paytaxtı Seuldakı yarışda baş örtüyü olmadan yarışıb. Konkisürən Niloufar Mərdani isə Türkiyədəki yarışın mükafatlandırma mərasimində oxşar addımı atmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button