ÇL: “Rəqibimiz qələbəyə acdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının yenidən Çempionlar Liqasının kubokunu qazana biləcəyini deyib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis ÇL-in 1/8 finalında “Kopenhagen”lə oyunöncəsi fikirlərini bölüşüb:

“Səkkiz il əvvəl kluba gələndə düşündüm: Bəlkə, Çempionlar Liqası bizim üçün çox şeydir. İndi komandada hər kəs inanır ki, biz bu turnirin qalibi olmağa qadirik. Bu, klub üçün ən yaxşı mirasdır.

Mən deyərdim ki, rəqibimiz qələbəyə acdır və yarışmaq istəyir. “Kopenhagen”in hazırlaşmağa çox vaxtı var idi. Ümid edirəm ki, biz də layiqli səviyyə nümayiş etdirəcəyik”.

“Kopenhagen” – “Mançester Siti” görüşü bu gecə saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button