“Qvardiola məndə onun üçün canını verməyə hazır bir insan gördü” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanın karyerasında və ümumilikdə həyatındakı rolundan danışıb.

Komanda.az GQ-ya istinadən xəbər verir ki, Arteta, həmkarının “topçular”a rəhbərlik etmək təklifini qəbul etməyə onu necə motivasiya etdiyini xatırladıb:

“Qvardiola ilk gündən, tanış olduğumuz gündən mənə qayğı göstərdi. Və o gündən mən onunla həqiqətən bağlandım. Məni “Mançester Siti”yə apardı, çünki məndə onun üçün canını verməyə hazır bir insan gördü.

“Arsenal” mənə komandaya rəhbərlik etməyi təklif edəndə qorxdum ki, buna hazır deyiləm. Mövsümün ortası idi və bu, mənim baş məşqçi kimi ilk işim olacaqdı. Daha sonra Qvardiola yanıma gəldi və dedi: “Sən hazırsan. Qəbul etməsən, mən səni incidəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button