“Qvardiola futbola baxışımı dəyişdi” – Levandovski

“Barselona”nın yeni transferi Robert Levandovski “Bayern”də birlikdə çalışdığı “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, polşalı futbolçu, Qvardiola ilə taktika haqqında danışdığını deyib:

“Mən Peplə taktika haqqında çox danışdım. Bundan sonra istənilən taktiki sistemə uyğunlaşmaq daha asandır. O, mənim futbola və məşqçilərə baxışımı, oyun haqqında anlayışımı dəyişdi. Onun sayəsində Xavinin dediklərinə uyğunlaşmaq mənim üçün daha asan olacaq”.

Levandovski Qvardiolanın rəhbərliyi altında 2014/2015 və 2015/2016 mövsümlərində 100 matçda iştirak edib. O, bu oyunlarda 67 qol vurub və 19 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button