Qvardiol Bundesliqa klubu ilə müqavilə bağladı

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Zaqreb “Dinamo”sundan Yoşko Qvardiolu transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı xorvat futbolçu ilə 6 illik anlaşma əldə olunub. Amma Qvardiolun bu mövsümün sonuna qədər “Dinamo”nun uğurları üçün çalışmağa davam edəcək. O, “Leyptsiq”ə 2021-ci ilin yayında qoşulacaq.

Müdafiəçi olan Qvardiol “Dinamo”nun öz yetirməsidir. Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu hazırda U-21-in üzvüdür.