Qurban Qurbanovla yeni müqavilə – Rəsmi

“Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. “Köhlən atlar” ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button