Qurban Qurbanov püşkü dəyərləndirdi: “Skandinaviya klublarına qarşı təcrübəmiz var”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb və “Qarabağ” Norveçin “Molde” klubuna rəqib olub.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

“Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. “Molde” son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button