Qurbanov təsdiqlədi: Mahir Emreliyə Polşa klubundan təklif var

“Qarabağ”ın futbolçusu Polşa klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “Sabah”la keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, Mahirə Polşadan təklif olduğunu, bununla yanaşı, daha bir neçə klubun hücumçuyla maraqlandığını bildirib:

“Mahirlə bağlı Polşa klubu təklif göndərib. Başqa bir neçə klub da Mahirlə maraqlanır. Lakin hələ ciddi bir dəyişiklik gözlənilmir”.

Polşa mətbuatının xəbərinə görə, Mahir Emrelini “Zaqlembe” klubu transfer etmək istəyir.

“Qarabağ” Premyer Liqanın 14-cü turunda səfərdə “Sabah”ı məğlub edib – 2:1.