Qurban Qurbanov: “Hər şey istədiyimiz kimi alındı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 6:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

“Futbolçuları təbrik edirəm. İlk dəqiqələrdən istəkli idilər və yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Bu rəqibə qarşı çox ehtiyatlanırdıq. Ötən mövsüm Tofiq Bəhramov adına stadionda keçirilən oyunda qolsuz bərabərlik qeydə alınmışdı. İlk dəqiqlərdən hiss olundu ki, yaxşı hazırlaşmışdıq və qələbə qazandıq”.

Aygül Qarayeva