Qurban Qurbanov: “Ən gərgin və vacib dönəmdəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 13-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matç gərgin keçdi. Futbolçular sonadək ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Vacib qələbə qazandıq. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, rəqibdən çəkinmirlər. Onlara uğurlar arzulayıram, futbolçularımı təbrik edirəm”.

Baş məşqçi hakimlik haqqında danışmaq istəməyib. Qurbanov istirahətə vaxtlarının olmadığını sözlərinə əlavə edib: “Futbolçularda yorğunluq hiss olunur. Əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çoxdur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və hər şey yaxşılığa doğru getsin. Azarkeşin razı qalması, komandanın yaxşı oynaması mənim istirahətimdir”.

Mütəxəssis 14-cü turda qarşılaşacaqları “Sabah”la görüşə də toxunub: “Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Ən gərgin və vacib dönəmdəyik. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidirlər. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Çalışıb, düzgün qərar verməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button