Qurbanovun jurnalistlərlə görüşünün vaxtı bilindi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Dandalk” (İrlandiya) – “Qarabağ” qarşılaşmasından öncə olacaq Ağdam klubunun son məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlanıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “köhlən atlar”ın çalışdırıcısı Qurbanov bu gün, Bakı vaxtıyla saat 21:30-da media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 21:45-də qarşılaşmanın keçiriləcəyi “Oriel Park” stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.