ÇL: “Qrup mərhələsinin oyunları həmişə çətin olur” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsi oyunları haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis qrup mərhələsi oyunlarının çətin keçdiyini dilə gətirib:

“Çərşənbə axşamı və çərşənbə günləri projektorlar altında oynamaq özəl bir hissdir. Bu axşamların sıradan olmasını istəmirəm. Mən onların xüsusi olmasını istəyirəm. Biz Çempionlar Liqasında sadəcə iştirak etmək istəmirik, mümkün qədər irəliyə getmək istəyirik. Təzyiqlə qarşılaşmalısan, amma darıxdırıcı deyil. Qrup mərhələsinin oyunları rəqibdən asılı olmayaraq həmişə çətin olur. Biz turnirə yüksək səviyyəli matçla, Avropanın iki nəhəngi arasındakı mübarizə ilə başlayırıq”.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bayern” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button