“Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik”

Qazaxıstan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyununda Azərbaycanın qonağı olacaq.

Komanda.az xəbər verir ki, Qazaxıstan yığmasının futbolçusu Abılayxan Jumabek matçdan öncə yerli federasiyanın mətbuat xidmətinə açıqlama verib. O, Bakıda qələbə qazanmaq istədiklərini deyib:

“Daha bir matçımız var. Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik. Baş məşqçi dedi ki, turnir hələ bitməyib. Son oyunda qalib gəlməliyik”.

Azərbaycan – Qazaxıstan görüşü sabah saat 20:00-da “Dalga Arena”da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button