PSJ “Barselona”nın futbolçusu üçün hərəkətə keçdi

Son günlər “Barselona”dakı gələcəyi müzakirə edilən Antuan Qrizmann karyerasını Fransada davam etdirə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paris klubunun artıq fransalı hücumçunun yaxın çevrəsi ilə təmasa keçdiyi bildirilir.

Qrizmannın adı “Mançester Yunayted”lə də yanaşı çəkilir.

Keçən ilin yayında “Atletiko”dan “Barselona”ya keçən Qrizmannın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button