
“Dembele bizim liderimizdir” – Fransa millisinin futbolçusu
Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni, komanda yoldaşı Osman Dembelenin yığmadakı rolundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, Dembelenin Fransa millisinin əsas fiqurlarından biri olduğunu və komandanın oyununda mühüm rol oynadığını bildirib:
“Dembele komandamızın əsas elementidir. O, meydanda yarımmüdafiə ilə hücum xətti arasında əlaqəni təmin edir. O, bizim liderimizdir. “Qızıl top” sahibinin millidə olması bizi çox sevindirir”.
Fransa millisi 2026-cı il dünya çempionatının ilk turunda Seneqal yığmasına 3:1 hesabı ilə qalib gəlib. Didye Deşamın rəhbərlik etdiyi komanda mundialdakı növbəti oyununu iyunun 23-də İraq millisinə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



