“Qızıl top”u qazanmaq üçün…” – Aquero

“Mançester Siti”nin argentinalı futbolçusu Serxio Aquero “qızıl top” mükafatı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, bu mükafatı qazanmaq üçün əsas şərtin Çempionlar Liqası olduğunu deyib:

“Qızıl top” mükafatını qazanmaq üçün Çempionlar Liqasının finalında oynamaq məcburiyyətindəsiz. Mənim bu mükafat üçün seçimim oynadığı müddətdə Lionel Messi olacaq. Onun mövsümü necə keçirdiyi vacib deyil. Hər zaman bu mükafata layiqdir”.