“Qarabağ”la “Zirə”nin 37-ci dueli

Azərbaycan kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.

Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.

Yeganə kubok görüşündə də “sülh” qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.

Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, “Zirə” 18 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button