“Qarabağ”la “Neftçi” cərimə olundu

“Qarabağ” və “Neftçi” azarkeşlərinə görə cərimələnib.

Komanda.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 17-ci turunda bu komandalar arasında keçirilən görüşdə hər iki tərəfin fanatları tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

Bu hal həm “Qarabağ”da, həm də “Neftçi”də mövsüm ərzində 3-cü dəfə yaşandığından, AFFA İntizam Komitəsi klubların hərəsini 1000 manat cərimələyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button