“Qarabağ”la çox çətin oyunumuz olacaq” – “Braqa”nın baş məşqçisi

“Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə danışıb.

Komanda.az xəbər verir ki, 52 yaşlı mütəxəssis vacib görüşə çıxacaqlarını bildirib:

“Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır. “Qarabağ”la çox çətin oyunumuz olacaq”.

Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button