“Qarabağ”ın sabiq məşqçisi Gürcüstan klubunda

Gürcüstanın “Lokomotiv” klubuna yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, bundan sonra sözügedən komandanı niderlandlı Con Van Leon çalışdıracaq.

Bu barədə Tiflis təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Con Van Leon AFFA tərəfindən Klublarda Futbol Akademiyası layihəsi çərçivəsində 2014-16-cı illər aralığında “Qarabağ”da idman direktoru kimi çalışıb.