“Qarabağ”ın rəqibindən 6 milyon avroluq transfer

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u növbəti transferini həyata keçirib.

Komanda.az “İefimerida” nəşrinə istinadən xəbər verir ki, “Olimpiakos” Danimarkanın “Kopenhagen” klubundan Pep Bieli heyətinə qatıb.

“Olimpiakos” 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək. İspaniyalı futbolçunun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulacaq. İllik 1 milyon avro qazanacaq Bielin keçidi Yunanıstan çempionuna ümumilikdə 10 milyon avroya başa gələcək.

Biel cari mövsümdə Danimarka çempionatında və UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 9 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button