“Qarabağ”ın rəqibi yeni hücumçu ilə gücləndi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi cənubi koreyalı Hvanq Ui-Jonu heyətinə qatıb.

29 yaşlı hücumçu İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest”dən icarəyə götürüb.

Hücumçu Cənubi Koreya yığmasında 45 oyuna 15 qol vurub. O, İngiltərə klubuna da məhz bu gün Fransanın “Bordo” klubundan transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button