“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü

İsveç çempionatında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” də növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Kalmar”la üz-üzə gəlib və 0:1 hesablı məğlubiyyətə üzülüb.

“Hakken” hazırda 47 xalla 3-cü pillədə qərarlaşıb.

“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə, ikinci oyununu dekabrın 14-də Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button