“Qarabağ”ın rəqibi PSJ-nin futbolçusunu transfer edir

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya “Braqa”sı Fransanın PSJ klubunun futbolçusu Şer Nduru heyətinə qatır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqa”da çıxış edəcək. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.

Şer Ndur PSJ-yə 2023-cü ilin yayında Portuqaliyanın digər təmsilçisi “Benfika”dan keçib. O, bu mövsüm parislilərin heyətində 4 matçda iştirak edib, 1 qol vurub.

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button