“Qarabağ”ın rəqibi “Borussiya” ilə bacarmadı

Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

Səfərdə “Köln”lə qarşılaşan “Union Berlin” minimal hesabla üstün olub. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” isə doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə oyundan qolsuz heç-heçə ilə ayrılıb.

6 turdan sonra “Union Berlin” 14 xalla vahid liderdir. “Frayburq” 13 xalla ikinci pillədə qərarlaşıb. “Bayern”, “Hoffenhaym” və “Borussiya”nın (Dortmund) 12 xalı var.

Almaniya Bundesliqası
6-cı tur

9 sentyabr

Verder – Auqsburq 0:1
Qol: Dəmiroviç, 63.

10 sentyabr

Bayern – Ştutqart 2:2
Qol: Tel, 36. Musiala, 60 – Fuhrix, 57. Jirassi, 90+2-pen.

Ayntraxt – Volfsburq 0:1
Qol: Lakrua, 60.

Herta – Bayer 2:2
Qol: S.Serdar, 56. Rixter, 74 – K.Dəmirbay, 49. P.Şik, 79.

Hoffenhaym – Maynts 4:1
Qol: Kramariç, 53; 90+2. Promel, 69. Dabbur, 80 – Kohr, 83.

Leypsiq – Borussiya (Dortmund) 3:0
Qol: Orban, 6. Soboslai, 45. Haydara, 84.

Şalke – Bohum 3:1
Qol: Dreksler, 38. Masoviç, 73-öz qapısına. Polter, 90+6 – Zoller, 51.

11 sentyabr

Köln – Union Berlin 0:1
Qol
: Hubers, 4-öz qapısına.

Frayburq – Borussiya (Mönhenqladbax) 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button