“Qarabağ”ın rəqibi 1/8 finala darmadağınla yüksəldi

Futbol üzrə İsveçrə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Rorşax”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan 3:0 hesabıyla qalib ayrılıb və 1/8 finala vəsiqə qazanıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button