“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü

Futbol üzrə Qazaxıstan çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Ordabası” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı görüş “Kayrat”ın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Xatırladaq ki, “Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.