“Qarabağ”ın oyununun biletləri satışa çıxarılır

“Qarabağ”ın Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Karvan-Yevlax”la keçirəcəyi oyunun biletləri satışa çıxır.

Komanda.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Satış məntəqələri: “iTicket.az”da onlayn satış, oyun günü isə “iTicket.az”da onlayn, həm də “Azersun Arena”nın kassası.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button