“Qarabağ”ın oyunu təxirə salındı

“Qarabağ-2” komandası Peşəkar Futbol Liqasına müraciət edib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən klub rəhbərliyi “Zirə-2” ilə 15-ci turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib.

“Zirə” klubunun razılıq  və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib:

Birinci divizionun 15-ci turunun 14 fevral 2019-cu il tarixində keçirilməli olan “Qarabağ-2” – “Zirə-2” matçı ehtiyat gün olan 4 mart 2019-cu il tarixinə keçirilsin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button