“Qarabağ” Tovuzda da qələbə qazandı

Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyun keçirilib.

Komanda.az xəbər verir ki, lider “Qarabağ” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Oyun saat 14:30-da başlayıb.

Qurban Qurbanovun komandası cari mövsümdə keçirdiyi bütün oyunları qələbə ilə başa vurub. Tovuz təmsilçisi “köhlən atlar”dan xal ala bilsə, bu, sensasiya sayıla bilərdi. Amma “Qarabağ” Tovuz səfərindən də qələbə ilə ayrılıb.

Azərbaycan Premyer Liqası
3-cü turdan təxirə salınan oyun

9 noyabr

Turan Tovuz – Qarabağ 0:2

Qol: Vüsal Məsimov, 20-avtoqol. Kvabena Ovusu, 37.

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button