
“Qarabağ”ın legioneri Super Liqa klubunun hədəfindədir
“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “BBN Haber”-ə istinadən xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” qanalı futbolçunu heyətinə qatmağı planlaşdırır. Amma Addai hazırda “Konyaspor”ın transfer siyahısında prioritet deyil.
Türkiyə klubu “Eyüpspor”un hücumçusu Prins Ampemlə də müqavilə imzalamağa çalışır. Bu futbolçu ilə danışıqlar uğursuz olarsa, Konya təmsilçisi diqqətini “Qarabağ”ın 24 yaşlı vingerinə yönəldəcək.
Addainin “Qarabağ”la müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



