“Qarabağ”ın legioneri Kipr klubundan ayrıldı

Kiprin AEK (Larnaka) klubu “Qarabağ”ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub. 25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.

“Qarabağ”a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda “köhlən atlar”ın formasını geyinib.