“Qarabağ” səviyyəmizə yaxındır” – “Omoniya”nın baş məşqçisi

“Qarabağ”ın Konfrans Liqasının H qrupundakı rəqiblərindən olan Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Berq, qrupdakı rəqiblərini dəyərləndirib:

“Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da olar.

“Bazel” yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxındır. “Kayrat”ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır”.

Qrup mərhələsinin ilk turunda, sentyabrın 16-da “Omoniya” “Kayrat”ın (Qazaxıstan) qonağı olacaq, “Qarabağ” isə Bakıda İsveçrə “Bazel”i ilə qarşılaşacaq.