“Qarabağ”la oyundan əvvəl “Kayrat”da ciddi narazılıq

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Kayrat” klubunda baş məşqçi Kurban Berdıyevlə futbolçular arasında narazılıq yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın “Championat” nəşri məlumat yayıb. Xəbərdə, oyunçuların Berdıyevin müdafiə futbolu oynatmasından narazı olduğu bildirilib:

“Berdıyevdən daha çox şey gözlənilirdi. O, müdafiə futbolu oynadır və bu, oyunçuların narazılığıyla qarşılanır”.

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 24-də Bakıda “Kayrat”la qarşılaşacaq.

Ağdam təmsilçisi yer aldığı A qrupunda 4 xalla liderdir.