“Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur” – Zubir

“Qarabağ”ın futbolçusu Abdullah Zubir klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın heyətində 100 oyun keçirməsi ilə bağlı bunları deyib:

“Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da, “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir. Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm”.

Zubir, “Qarabağ”la müqaviləsini üç il artırmasından danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib:

“Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qollar vurmaq və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun”.