
“Qarabağ”ın futbolçusu əməliyyat olunub
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



