“Qarabağ”ın futbolçuları milliyə çağırıldı

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət edilib.

Komanda.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç AÇ-2024-ün seçmə qrup mərhələsinin ilk iki oyunu üçün adıçəkilən oyunçulara dəvət göndərib.

Yarımmüdafiəçi Yankoviç zədə səbəbindən Ağdam təmsilçisinin son dörd oyununu buraxmasına baxmayaraq, 27 nəfərlik heyətə daxil edilib.

Monteneqro millisi G qrupu çərçivəsində martın 24-də səfərdə Bolqarıstanla, üç gün sonra isə evdə Serbiya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button