“Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ”ın İrlandiyanın “Dandalk” klubu ilə ikinci mərhələnin cavab oyunları çərçivəsində keçirəcəyi görüşün hakimləri müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, oyunu Norveçdən olan hakimlər briqadası diarə edəcək. Görüşün baş hakimi Sven Oddvar Moen olacaq. Ona Maqnus Lundberq və İsak Elias Skeset Başevkin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.

“Qarabağ” – “Dandalk” matçı avqustun 31-də, “Dalğa Arena”da olacaq. Komandalar arasında İrlandiyada olacaq ilk oyun isə sabah, saat 22:45-də keçiriləcək.