“Qarabağ”ı keçmək üçün üçün əlimizdən gələni edəcəyik”

“Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb məşq edəcəyik. Komandamız matça hazırdır. Məşqdən sonra iclas olacaq”.

Komanda.az xəbər verir ki, bu fikirləri İrlandiyanın “Dandolk” klubunun baş məşqçisi Vinni Pert “Qarabağ” ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.

43 yaşlı mütəxəssis “Dalğa Arena”da baş tutan mətbuat konfransında bildirib ki, birinci oyundakı heç-heçədən (1:1) sonra “Qarabağ” daha yaxşı vəziyyətdədir: “Bizim bir arzumuz var. Rəqibə qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik”.

Məşqçi Ağdam təmsilçisinin topa daha çox nəzarət edən tərəf olacağını vurğulayıb: “Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Sabahkı matç çox vacibdir. Penaltilərə hazırıq. Nəzərə alsaq bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq. Bu baxımdan bizdə təcrübə var. Düşünürəm ki, sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq”.

İyulun 31-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dandolk” matçı saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button