“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq” – “Hakken”in baş məşqçisi

İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Höqmo “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Azərbaycan çempionunun güclü olduğunu deyib:

“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq. “Qarabağ” öz meydanında “Molde”ni çox yaxşı oyunla məğlub etdi. Biz isə doğma arenamızda ilk matçımıza çıxacağıq. Rəqib uzun illərdir avrokuboklarda sabit çıxış edir. Buna baxmayaraq, özümüzü oyuna tam hazır sayırıq. Maraqlı mübarizə olacaq”.

Oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button