“Qarabağ”a qalib gələ bilərik” – Tomas Doll

Kiprin APOEL klubunun baş məşqçisi Tomas Dollun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis media mənsublarının suallarını cavablandırıb:

  • Komanda oyuna nə dərəcə hazırdı?
  • Çox yaxşı komandam, oyunçularım var. 4 məşqimiz olub, hər kəs ən yaxşısını sərgiləyə biləcəyinə inanır. Özümüzə inamla oynayacağıq. İki qol vurmalıyıq. Komandam da nəticəni dəyişmək istəyir.
  • Mərhələni keçmək üçün yetərli imkanlarınız varmı?
  • Önəmli olan daha yaxşı oynamaqdı. Sözlər məsələnin bir tərəfi, oyun isə ikinci tərəfi. Fərqli ”performans” ortaya qoymalıyıq. Hiss edirəm ki, şansımız var. Güclü komanda qarşısında qalib gələ bilərik.
  • “Fərqli performans” deyəndə nəyi nəzərdə tutursuz?
  • Bunu deyə bilməyəcəm. Sabahkı oyunda bunu meydanda görəcəksiz.
  • Alef, Saviç və Vuros çıxış etməyəcək. Onların əvəz edilməsi ilə bağlı yollar tapmısız?
  • Əsas inamdı. Zədələrin olması normaldı. Bizim çox yaxşı heyətimiz var. Sabah bu itkilərin öhdəsindən gələcəyimizə əminəm. Mənimlə olan oyunçularla sabah nələrsə etməyə çalışacağıq.
  • Sabahkı oyunu texniki zonadan yox, tribunadan izləyəcəksiz. Bu, komandanın çıxışına necə təsir edəcək?
  • Xeyr, texniki zonada olacam.
  • İlk oyundakı səhvləri təkrarlamamaq üçün nələr etmisiz?
  • Oyunu izləmişəm. Sabah çoxlu şans yaradıb, daha yaxşı oynayacağıq. Uşaqlar sabah nə etmək lazım olduğunu bilirlər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button