“Qarabağ” Çempionlar Liqasında 1-ci oldu

UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikası məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran Azərbaycan təmsilçisi “Qarabağ” ən çox künc zərbəsi yerinə yetirən komanda olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv təsnifat mərhələsinin oyunlarında 39 dəfə künc zərbəsi vurub.

“Qarabağ”ın bu göstəricidə ən yaxın izləyicisi “Seltik”dir. Şotlandiya təmsilçisi 38 dəfə küncdən zərbə yerinə yetirib.

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə məğlub olaraq, mübarizəni dayandırıb.

“Köhlən atlar” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya “Linfild”i ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button