“Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da ilk oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İspaniya “Sevilya”sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam klubu üçün uğursuz alınıb. İspanlar Bakıda 3 cavabsız qolla qalib gəliblər.

Qrupun digər oyununda Kipr APOEL-i Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. 7 qolun qeydə alındığı bu qarşılaşma da qonaqların qələbəsiylə yekunlaşıb.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

19 sentyabr

A qrupu

Qarabağ (Azərbaycan) – Sevilya (İspaniya) 0:3
Qol: Çiçarito, 62. Munir Əl-Haddadi, 78. Oliver Torres, 85.
Baş hakim:
Yevgen Aranovski (Ukrayna)

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Sevilya: 1. Tomaş Vatslik, 11. Munir Əl-Həddadi, 12. Xules Kunde, 14. Çiçarito, 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Xoan Xordan.
Ehtiyat oyunçular: 13. Yassin Bunu, 3. Serxi Qomes, 7. Roni Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando.
Baş məşqçi: Xulen Lopeteqi.

APOEL (Kipr) – Düdelanj (Lüksemburq) 3:4
Qol: Pavloviç, 54; 58. De Vinsenti, 56-pen – Sinani, 36; 82. Bernier, 51. Stolz, 72.
Baş hakim:
Dumitru Muntean (Moldova)