“Qarabağ”ın oyunu üçün biletlərin qiyməti açıqlandı

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışa çıxarılacaq.

Komanda.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlər sabahdan satışda olacaq. Satış saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VİP biletlər isə 20 manat təşkil edir.

Biletləri “Iticket.az”-dan və “Azersun Arena”nın kassalarından əldə etmək mümkündür. Qapılar isə azarkeşlərin üzünə matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” oyunu saat 20:00-da başlayacaq.