“Qarabağ” səpələnmişlər səbətində – 5 potensial rəqib də bəllidir
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblər müəyyənləşib.
Komanda.az xəbər verir ki, Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaq. Bunlar “Molde”, “Midtyulland”, “Ferentsvaroş”, “Omoniya” və Brest “Dinamo”sudur.
Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin püşkatması avqustun 31-də keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər:
Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə)
Srvena Zvezda (Serbiya)
Qarabağ (Azərbaycan)
Makkabi (Təl-Əviv, İsrail)
Səpələnməmişlər:
Molde (Norveç)
Midtyulland (Danimarka)
Ferentsvaroş (Macarıstan)
Omoniya (Kipr)
Dinamo (Brest, Belarus)
Liqa yolu
Səpələnmişlər:
Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna)
Gent (Belçika)
Səpələnməmişlər:
Rapid (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
Alkmaar (Niderland)
Bizi Facebook-da izləyin