“Zirə” ilə “Sabah”dan heç-heçə, “Qəbələ”dən qələbə

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Sumqayıt” doğma meydanda “Səbail”i qəbul edib və darmadağınla qələbə qazanıb.

15-ci turun mərkəzi görüşünda lider “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni qəbul edib. Komandalar arasında bu mövsüm keçirilən iki matçın birində “Qarabağ” 6:0 hesablı, digərində isə “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı. Bu oyunda isə “Neftçi” qələbəyə sevinən tərəf olub.

Tura bu gün keçiriləcək qarşılaşmalarla yekun vurulub.

Günün ilk oyunu Qəbələdə keçirilib. “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib. Klub prezidenti Zaur Axundovun baş məşqçilərini əlcək kimi dəyişdiyi “Keşlə” səfər matçından əliboş dönüb. “Qəbələ” iki cavabsız qolla üç xalı hesabına yazdırıb. Yəqin bu oyundan sonra Zaur Axundov artıq yeni baş məşqçi Sənan Qurbanovu kiminlə əvəzləyəcəyi barədə düşünməyə başlayıb.

“Sabah” isə “Zirə” səfərinə yollanıb. Turnir cədvəlinin sonuncusu olan “Sabah”ın mövsümdə iddialı çıxışını davam etdirən “qartallar”a qarşı necə oyun göstərəcəyi maraq doğururdu. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası, 15-ci tur

13 fevral

Sumqayıt – Səbail 3:0
Qol: Murad Xaçayev, 26. Tellur Mütəllimov, 33. Əli Qurbani, 83-pen.
Qırmızı vərəqə: Peyman Keşavarz, 55 (ikinci sarı). Kamran Ağayev, 90+5.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarz, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 3. Turan Manafov
Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 4. Ali Sisey, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

Qarabağ – Neftçi 1:2
Qol: Mahir Emreli, 57 – Namiq Ələsgərov, 28; 75-pen.
Qırmızı vərəqə: Kevin Medina, 72 – Ömər Buludov, 22. Mamadu Kane, 74 (ikinci sarı). Voyislav Stankoviç, 90+3 (ikinci sarı).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 91. Tallison Dias, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.

______________________________________________________________________________

14 fevral

Qəbələ – Keşlə 2:0
Qol:
Merab Qiqauri, 50. Rafael Utriq, 70.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 91. Sadio Tounkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov

______________________________________________________________________________

Zirə – Sabah 2:2
Qol: Davit Volkov, 79. Klesio Bauk, 90+3 – Kevin Kubemba, 9; 82.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Pahtman, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

Sabah: 12. Alvaro Villete, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 13. Filip İvanoviç (k), 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqez, 48. Dmitro Klots, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button