“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” gerilədi

Avropanın top-klublarının iyun ayı üçün son reytinq siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, cədvəldə 450 ən güclü klub yer alıb. Avropanın ən güclüləri arasında  Azərbaycan üç komanda ilə təmsil olunub. Son 9 ildə 8 dəfə Premyer Liqanın çempionu olan “Qarabağ” Azərbaycanın ən yaxşısıdır. “Köhlən atlar” 183 xala malikdir. “Qarabağ” 80-ci yerdəki mövqeyini qoruyub.

“Neftçi” 33 xalla 214-cü pillədə qalıb. Bu iki komandadan fərqli olaraq, “Qəbələ”nin mövqeyi dəyişib. 5 xala malik Qəbələ təmsilçisi 3 addım geriləyərək, 373-cü sırada yer alıb.

Siyahıya 2251 xala malik Madrid “Real”ı başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button