“Qarabağ” – “Linfild” matçına nə qədər bilet satılıb?

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində öz meydanında Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirəcəyi cavab oyununa bilet satışı davam edir.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq biletlərin 8 mindən çoxu satılıb. Oyun gününə qədər bu göstəricinin artması gözlənilir.

Avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” matçına saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button